Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Araqçı İrandakı iğtişaşlarda ölənlərin sayını açıqladı
ÖZƏL

Araqçı İrandakı iğtişaşlarda ölənlərin sayını açıqladı

23 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

İranın xarici işlər naziri Seyid Abbas Araqçı ölkədə baş verən iğtişaşların fəsadları barədə geniş statistikanı açıqlayıb.

Paraqraf.com xəbər verir ki, nazir bu barədə “X”də paylaşım edib.

Araqçının təqdim etdiyi məlumata görə, iğtişaşlar və hücumlar zamanı 750 bank, 749 polis bölməsi, 414 hökumət binası və 120 Bəsic mərkəzi ciddi zərər görüb və ya dağıdılıb. Nazir həmçinin vurğulayıb ki, baş verən hadisələrdə təhsil və dini müəssisələr də hədəfə alınıb. Belə ki, 200 məktəb, 350 məscid, 15 kitabxana və 2 erməni kilsəsi də hücumların hədəfində olub.

XİN rəhbəri bildirib ki, nəqliyyat və xidmət sektoruna dəyən zərər də kifayət qədər böyükdür. Nazir 305 təcili tibbi yardım maşını və avtobusun, 24 yanacaqdoldurma məntəqəsinin, 600 bankomatın və 253 avtobus dayanacağının sıradan çıxdığını bildirib. Şəxsi mülkiyyətə gəlincə, 700 mağaza, 300 yaşayış evi və 800 fərdi avtomobil zərər görən əmlaklar arasındadır.

Qeyd edək ki, Araqçı paylaşımında baş verən hadisələrdə ümumi ölü sayının 3.117 nəfərə çatdığını vurğulayıb. Onlardan 2.427 nəfəri mülki şəxslər və təhlükəsizlik qüvvələrinin əməkdaşları, 690 nəfəri isə aksiyalarda iştirak edənlərdir.

Xatırladaq ki, dekabrın 28-də İranda milli valyutanın devalvasiyası ilə başlayan etiraz dalğası ötən həftələrdə daha da şiddətlənmişdi.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kamran Əsədov həbs edildi

Next

Velosiped zolaqları hansı meyarla salınır? – RƏSMİ AÇIQLAMA

Copyright 2026— Praqraf.com. All rights reserved