5 Noy 2026, Ca

Zəfər gününə həsr olunmuş təntənəli tədbir keçirilib – FOTOLAR

PAYLAŞIN:

4 noyabr 2026-cı il tarixində İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyi və Sənaye Texnologiya Kollecinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Açılış nitqi ilə çıxış edən İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin sədri Turanə Orucova tədbir iştirakçılarını Zəfər Günü münasibətilə təbrik edərək, bu tarixi Qələbənin əldə olunmasında Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyini, Azərbaycan Ordusunun qəhrəmanlığını və xalqımızın sarsılmaz birliyini xüsusi vurğulayıb. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı arzulayan sədr Şuşanın azad olunmasının tarixi əhəmiyyətindən bəhs edib, Prezident İlham Əliyevin “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq!” tarixi müraciətini xatırladıb.

Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatları çıxış ediblər.

Deputat Nigar Məmmədova çıxışında 8 Noyabr – Zəfər Gününün Azərbaycan tarixində müstəsna yerindən bəhs edərək, bu Qələbənin xalqımızın milli iradəsinin, ordumuzun qəhrəmanlığının və dövlətimizin gücünün təcəssümü olduğunu vurğulayıb. O, şəhidlərimizin xatirəsinin yaşadılmasının və gənc nəslə vətənpərvərlik ruhunun aşılanmasının vacibliyini qeyd edib.

Deputat Rizvan Nəbiyev çıxışında Azərbaycanın müstəqil və prinsipial xarici siyasətindən, dövlətimizin beynəlxalq müstəvidə mövqeyinin möhkəmlənməsindən danışıb. O, Zəfərin Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinin və milli maraqlarının təmin olunması baxımından mühüm tarixi hadisə olduğunu diqqətə çatdırıb.

Deputat Samir Vəliyev isə çıxışında Zəfər Gününün dövlətçilik tariximizdəki əhəmiyyətinə toxunaraq, azərbaycançılıq məfkurəsi, dövlətçilik ənənələri və milli birliyin əhəmiyyətindən bəhs edib. O, tarixi Qələbənin gələcək nəsillər üçün vətənpərvərlik və milli qürur nümunəsi olduğunu vurğulayıb.

Sənaye Texnologiya Kollecinin direktoru Nasim Abışov çıxışında iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib, şəhid ailələrinə və qazilərə göstərilən dövlət diqqət və qayğısından danışıb. Daha sonra şəhid ailələrinin üzvlərinə və qazilərə hədiyyələr təqdim olunub.

Tədbirin təşkilində İncəsənətin Tərəqqisinə Dəstək İctimai Birliyinin əməkdaşlıq tərəfdaşı olan Gənclərin Səsi Könüllü Platforması da fəal iştirak edərək təşkilati dəstək göstərib. Platformanın sədri Telman Aslanlı çıxışında əməkdaşlığın əhəmiyyətindən, gənclərin ictimai fəallığından və könüllülük fəaliyyətinin vacibliyindən bəhs edərək iştirakçıları Zəfər Günü münasibətilə təbrik edib.

Tədbirin bədii hissəsi “Zəfər marşı” ilə açılıb. Daha sonra gənclərin ifasında təqdim olunan vətənpərvərlik ruhlu musiqilər, rəngarəng musiqi nömrələri və rəqs çıxışları tədbirə xüsusi coşğu və bayram ovqatı qatıb. Bədii proqram iştirakçılara Zəfər sevincini, milli qürur və Vətənə bağlılıq hisslərini bir daha yaşadıb.

Qeyd edək ki, tədbirin əsas məqsədi Zəfər tariximizin təbliği, gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsi, şəhidlərimizin əziz xatirəsinin yaşadılması, qazilərimizə ehtiramın ifadə olunması və milli-mənəvi dəyərlərimizin gələcək nəsillərə ötürülməsidir.

Zəfər gününə həsr olunmuş təntənəli tədbir keçirilib

Loading