Azərbaycan Karate Federasiyasının kyokuşin (kay) senşi karate üslubu üzrə milli komandasının üzvləri Belçikanın Gent şəhərində keçirilən XV IKOKU Avropa çempionatında üç medal qazanıblar.
Bu barədə Paraqraf.com-a Azərbaycan Karate Federasiyasından məlumat verilib.
Qitə birinciliyində Azərbaycan təmsilçiləri bir qızıl, bir gümüş və bir bürünc mükafata sahib çıxıblar.
U-18 yaş qrupunda Selcan Babayeva (+60 kq) bütün rəqiblərini geridə qoyaraq Avropa çempionu olub.
U-21 yaş kateqoriyasında Cəmil Kazımlı (+80 kq) gümüş, böyüklər arasında isə Sahil Musazadə (70 kq) bürünc medala yiyələnib.
Paraqraf.com
![]()

