Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova dövlət qurumlarını tələbə qızlara dəstək olmağa çağırıb.
Paraqraf.com xəbər verir ki, B.Muradova bu barədə “Qızların Təhsilinə Dəstək” layihəsinin 5 illiyi və Hacı Zeynalabdin Tağıyevin qızlar məktəbinin 125-ci ildönümünə həsr olunmuş yubiley tədbirində danışıb.
O, Ədliyyə Nazirliyinin hüquq ixtisası üzrə təhsil alan 10 qızı birinci kursdan etibarən himayəyə götürərək onların peşəkar hüquqşünas kimi yetişməsinə, lazımi təcrübə qazanmasına dəstək verəcəyini bildirib.
B.Muradova qeyd edib ki, bu əməkdaşlıq tələbələrin hüquq sahəsində biliklərinin möhkəmləndirilməsinə, peşənin tələbləri ilə yaxından tanış olmalarına və gələcək fəaliyyətlərinə hazırlanmalarına mühüm töhfə olacaq:
“Bu nümunədən çıxış edərək, digər dövlət qurumlarını da öz fəaliyyət sahələrinə uyğun dəstək imkanlarını genişləndirməyə, ali təhsil müəssisələrini əməkdaşlıq və peşəkar inkişaf proqramlarını artırmağa, sahibkarları və şirkətləri təcrübə və mentorluq imkanları yaratmağa, uğur qazanmış qadınlarımızı isə bilik və təcrübələrini gənc nəsillə bölüşməyə dəvət edirəm”.
Paraqraf.com
![]()

