Avropa İttifaqı (Aİ) Aralıq dənizində dəniz yurisdiksiyalarının müəyyənləşdirilməsinə dair Türkiyə ilə anlaşma memorandumunun Liviya Nümayəndələr Palatası tərəfindən ratifikasiyasından dərin təəssüfünü bildirib.
Paraqraf.com-un məlumatına görə, bu barədə Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın bəyanatında qeyd olunub.
Onun sözlərinə görə, Aİ-nin bu memorandumla bağlı mövqeyi qəti və birmənalıdır.
“Avropa Şurasının 2019-cu ilin dekabr tarixli yekun qərarlarında qeyd edildiyi və 2025-ci ilin iyununda yenidən təsdiqləndiyi kimi, Türkiyə və Liviya arasındakı anlaşma memorandumu üçüncü dövlətlərin suveren hüquqlarını pozur və beynəlxalq dəniz hüququna uyğun gəlmir. O, etibarsızdır və üçüncü dövlətlər üçün heç bir hüquqi nəticə yarada bilməz”, – bəyanatda qeyd olunub.
K.Kallas vurğulayıb ki, Aİ Şərqi Aralıq dənizində sabitliyin və təhlükəsizliyin təmin edilməsində strateji baxımdan maraqlıdır və bütün ölkələri Aİ-yə üzv olan bütün dövlətlərin suveren hüquqlarına hörmət etməyə çağırır.
Paraqraf.com
![]()

