Futzal üzrə dünya çempionatının əsas mərhələsində keçiriləcək Çexiya – Azərbaycan oyununun təyinatları müəyyənləşib.
Paraqraf.com-un məlumatına görə, qarşılaşmanın əsas referisi ingiltərəli Peter Nurse olacaq.
Uelsli Valentin Ciuplea ikinci, şotlandiyalı Dunkan Mklulliç üçüncü hakim kimi təyinat alıb. Çexiyalı Luboş Ruql “timekeeper”, portuqaliyalı Nunu Boqolyo hakim-inspektor, finlandiyalı Yurki Filppu UEFA nümayəndəsi funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Azərbaycan komandası DÇ-2028-in əsas mərhələsində Çexiya ilə oktyabrın 16-da üz-üzə gələcək.
Paraqraf.com
![]()

