20 Noy 2026, C

Ammar Baxşalıyev batut gimnastikası üzrə dünya çempionatında bürünc medal qazanıb

PAYLAŞIN:

Azərbaycan təmsilçisi Ammar Baxşalıyev Çinin Nankin şəhərində keçirilən batut gimnastikası üzrə gənclər arasında dünya çempionatında bürünc medal qazanıb.

Bu barədə Paraqraf.com-a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidmətindən bildirilib.

Təsnifat mərhələsində 54,850 xalla 6-cı pillədən finala yüksələn idmançı həlledici raundda 55,450 xal toplayaraq üçüncü yeri tutub.

Bununla da Baxşalıyev Azərbaycan batut gimnastikası tarixində gənclər arasında dünya çempionatında fərdi proqramın ilk medalçısı olub.

 

Paraqraf.com 

Loading