Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər 11 nömrəli tam orta məktəbin şagirdləri növbəti böyük uğura imza ataraq məktəbin adını qürurla zirvəyə ucaldıblar.
Belə ki, məktəbin oğlanlardan ibarət komandası basketbol üzrə keçirilən şəhər kuboku yarışlarında yüksək əzm, peşəkar oyun və komanda ruhu nümayiş etdirərək bütün rəqiblərini geridə qoyub və çempionatın qalibi olaraq I yerə layiq görülüb.
Qazanılan parlaq qələbə münasibətilə 15 oktyabr 2026-cı il tarixində komanda Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Abşeron-Xızı Regional Gənclər və İdman İdarəsi tərəfindən fəxri diplomla təltif olunub.
Məktəblilərin fiziki hazırlığını, idmana olan böyük marağını və qələbə əzmini bir daha nümayiş etdirən bu nailiyyət həm məktəb kollektivi, həm də Sumqayıtın idman ictimaiyyəti üçün qürur və sevinc mənbəyidir.
Çempion şagirdlərimizi və onların uğurunda əməyi olan müəllimlərini ürəkdən təbrik edir, gələcək yarışlarda və təhsildə yeni-yeni nailiyyətlər arzulayırıq!
Nigar Rüstəmzadə
Paraqraf.com
![]()

