22 Okt 2026, Ca

Sumqayıtda çay evində kişi bıçaqlanıb

PAYLAŞIN:

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Paraqraf.com xəbər verir ki, hadisə şəhərin 34-cü məhəlləsində yerləşən “Pürrəngi” çay evində qeydə alınıb.

Abşeron rayon sakini, 1962-ci il təvəllüdlü Şirəliyev Yadigar Muxtar oğlu aralarında yaranan münaqişə zəminində Sumqayıt şəhər sakini, 1964-cü il təvəllüdlü Məmmədov Eldar Ənvər oğluna bıçaqla xəsarət yetirib.

Polis tərəfindən keçirilən tədbirlərlə əməli törədən şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading