Cəlilabad şəhərində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər xəsarət alıb.
Paraqraf.com “Teleqraf”a istinadən xəbər verir ki, qəza şəhərin Qurtuluş prospektində qeydə alınıb.
“VAZ-2107” və “VAZ-2106” markalı avtomobillərin toqquşması nəticəsində üç nəfər yaralanıb. Yaralılar tibbi yardım göstərilməsi üçün rayon xəstəxanasına aparılıblar.
Faktla bağlı araşdırma aparılır.
Paraqraf.com
![]()

