Bakıda təşkil olunacaq FIFA U-15 dünya çempionatı və festivalında oyunları idarə edəcək hakimlərin sayı açıqlanıb.
Paraqraf.com xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən bildirlib.
Turnirdə 75 yerli, 6 əcnəbi hakim iş başında olacaq. Əcnəbi hakimlərin 3-ü Türkiyə, 3-ü isə Gürcüstanı təmsil edəcək. Azərbaycan milisinin oyunlarını əcnəbi hakimlərin idarə edəcəyi bildirlib.
Xatırladaq ki, turnir Hövsan Yarış Kompleksində baş tutacaq. Mundialın açılış və final görüşü Bakı Kristal Zalında keçiriləcək.
Oktyabrın 30-da yekunlaşacaq yarışın ilk oyunları oktyabrın 24-də başlayacaq. 189 ölkənin iştirakı və 1000-ə yaxın matçın keçirilməsi nəzərdə tutulan turnir dünyanın müxtəlif nöqtələrindən yeniyetmə futbolçuları bir araya gətirəcək.
Paraqraf.com
![]()

