22 Okt 2026, Ca

İran ABŞ-nin Yaxın Şərqdəki hərbi bazalarını vurmaqla hədələyib

PAYLAŞIN:

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) amerikalı hərbçilər gəmiləri Hörmüz boğazından müşayiət etməyə davam edərsə, Yaxın Şərqdəki ABŞ bazalarına zərbələr endirməklə hədələyib.

Paraqraf.com xarici mediaya istinadən xəbər verir ki, bu barədə SEPAH-ın bəyanatında bildirilib.

“ABŞ hərbçiləri anlamalıdırlar ki, əgər bu tendensiya davam edərsə, münaqişə onların regiondakı bazalarını da əhatə edəcək”, – qeyd olunub.

 

Paraqraf.com 

Loading