22 Okt 2026, Ca

Sumqayıtda mühafizəçi işlədiyi şirkətdən oğurluq etməkdə şübhəli bilinir

PAYLAŞIN:

Sumqayıtda şirkətdən oğurluq edən şəxs saxlanılıb.

Bu barədə Paraqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Sumqayıt şəhəri ərazisində yerləşən şirkətlərin birindən 1750 manat dəyərində naqil və digər metal qurğular oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törədən əvvəllər məhkum olunmuş F.Nəbiyev müəyyən edilərək saxlanılıb. Araşdırmalarla onun həmin şirkətdə mühafizəçi işlədiyi müəyyən olunub.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

Paraqraf.com 

Loading