19 Okt 2026, Be

Sumqayıtda şəhid Rüfət Əhmədzadənin xatirəsinə həsr olunan “25 Payız” sərgisi keçirilib

PAYLAŞIN:

Sumqayıt şəhərində şəhid Rüfət Əbülfət oğlu Əhmədzadənin xatirəsinə həsr olunmuş “25 Payız” adlı sərgi tədbiri keçirilib.

Paraqraf.com xəbər verir ki, Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin, Qərbi Azərbaycan İcmasının və Sumqayıt Rəsm Qalereyasının təşkilatçılığı ilə baş tutan tədbir “Fotolardan saçan işıq” adlanıb.

Sumqayıt şəhərində yerləşən Heydər Əliyev Mərkəzində keçirilən sərgidə fotolar vasitəsilə şəhidin əziz xatirəsi yad edilib, onun həyat yolu və qəhrəmanlığına diqqət çəkilib.

Layihəyə Sumqayıt Dövlət Rəsm Qalereyasının direktoru, Azərbaycan Rəssamlar İttifaqının üzvü Ellada Həsənova rəhbərlik edib.

Sərginin əsas məqsədi şəhidin xatirəsini yaşatmaq, onun həyat hekayəsini gələcək nəsillərə çatdırmaq və milli-mənəvi dəyərlərin təbliğinə töhfə vermək olub.
Nigar Rüstəmzadə

Paraqraf.com

 

Loading