Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq
MƏDƏNİYYƏT

Almatıda Xalq rəssamı Lətif Kərimovun 120 illiyi münasibətilə sərgi açılacaq

02 Sentyabr 2026
PAYLAŞIN:

Qazaxıstanın Almatı şəhərində görkəmli xalçaçı-rəssam, Xalq rəssamı Lətif Kərimovun 120 illiyinə həsr olunmuş “Zamanın nəfəsi xalq sənətində” adlı sərgi açılacaq.

Bu barədə Paraqraf.com-a Azərbaycan Milli Xalça Muzeyindən məlumat verilib.

Bildirilib k, Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyası əsasında hazırlanmış ekspozisiyada XIX–XX əsrlərə aid sənət nümunələri təqdim olunacaq.

Sərginin əsas hissəsini Azərbaycanın zəngin milli irsinin regional xüsusiyyətlərini və bədii müxtəlifliyini əks etdirən Quba, Bakı, Şirvan, Qarabağ, Qazax və Gəncə xalçaları təşkil edəcək. Ekspozisiyada “Pirəbədil”, “Qabıstan”, “Suraxanı”, “Faxralı”, “Salahlı”, “Xanlıq” və “Mir” xovlu xalçaları, həmçinin kilim, şəddə, vərni və zili kimi xovsuz xalçalar təşkil edəcək.

Ekspozisiyanın xüsusi bölməsində Azərbaycan Milli Xalça Muzeyinin banisi Lətif Kərimovun müəllifi olduğu eskizlər, eləcə də “İkinci bahar” və “Xətai” xalçaları təqdim ediləcək.

Xalça sənətinin müxtəlif istiqamətlərini nümayiş etdirən sərgidə məfrəş, xurcun, çul kimi xalça məmulatları, eyni zamanda bədii tikmə, zərgərlik və bədii metal nümunələri, milli qadın geyimləri də yer alacaq.

“Zamanın nəfəsi xalq sənətində” sərgisi Azərbaycanın zəngin mədəni irsi, xalq sənətinin çoxəsrlik ənənələri və tarixi inkişafı haqqında ziyarətçilərdə dolğun təsəvvür formalaşdıracaq.

Oktyabrın 4-dək davam edəcək sərgi Azərbaycan və Qazaxıstan mədəniyyət nazirlikləri, Türk Mədəniyyəti və İrsi Fondu, Azərbaycan Milli Xalça Muzeyi və Qazaxıstan Milli Mərkəzi Muzeyinin təşkilatçılığı ilə keçiriləcək.

 

Paraqraf.com

Loading

Author

admin

Follow Me
Other Articles
Previous

Adil Kərimli Naxçıvanda vətəndaş qəbulu keçirəcək

Next

İran ABŞ-nin İordaniyadakı “Şahzadə Həsən” aviabazasına zərbə endirib

Copyright 2026— Praqraf.com. All rights reserved