22 Okt 2026, Ca

Rusiya XİN: Putin, Tramp və Zelenskinin üçtərəfli görüşü məsələsi üzərində iş aparılır

PAYLAŞIN:

Rusiya Prezidenti Vladimir Putin, ABŞ lideri Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin üçtərəfli görüşü mövzusu üzərində iş aparılır, lakin hələlik tam razılaşma yoxdur.

Paraqraf.com Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.

“Mövzu səsləndirilir, lakin hələlik bununla bağlı yekun razılaşma yoxdur. Məsələ üzərində iş davam etdirilir”, – nazir müavini qeyd edib.

 

Paraqraf.com 

Loading