Ermənistanın baş naziri Nikol Paşinyan 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir.
Paraqraf.com Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
“Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik”, – Paşinyan bu gün jurnalistlərə deyib.
Daha əvvəl Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyini bəyan etmişdi.
Paraqraf.com
![]()

