19 Okt 2026, Be

Sumqayıt məktəblərinin 17 məzunu Prezident təqaüdünə layiq görülüb

PAYLAŞIN:

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Sumqayıt şəhər ümumtəhsil müəssisələrinin 17 məzunu ali təhsil müəssisələrinə qəbul imtahanlarında əldə etdikləri yüksək nəticələrə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünə layiq görülüb.

Qazanılan uğur Sumqayıt şəhərinin təhsil sahəsində əldə etdiyi nailiyyətlərin göstəricisi olmaqla yanaşı, məzunların əzmkarlığını, məqsədyönlü çalışmalarını və müəllimlərin fədakar əməyini əks etdirir.

Bu nəticə şəhərdə təhsilin inkişafı istiqamətində görülən işlərin və gənclərin yüksək akademik göstəricilər əldə etmək potensialının növbəti təsdiqi kimi qiymətləndirilir.

Prezident təqaüdünə layiq görülən məzunları təbrik edir, onlara gələcək təhsillərində və fəaliyyətlərində uğurlar arzulayırıq.

 

Nigar Rüstəmzadə

Paraqraf.com

Loading