Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Velosiped zolaqları hansı meyarla salınır? – RƏSMİ AÇIQLAMA
CƏMİYYƏT

Velosiped zolaqları hansı meyarla salınır? – RƏSMİ AÇIQLAMA

23 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Xəbər verdiyimiz kimi, Milli Məclisin İnsan hüquqları komitəsinin iclasında deputat Hikmət Babaoğlu istifadə olunmayan velosiped zolaqlarının yolları daraltmasından şikayətlənib:

“Yolların işarələnməsi, yeni velosiped zolaqların salınması ilə yolların daraldılmasına şahidlik edirik. Bu, lazımdırmı? Harada zəruridirsə, orada bu işlər aparılmalıdır. Gəlin bir ölçmə aparaq, görək o yollardan neçə nəfər keçir. Əgər o yollardan 3 gün ərzində cəmi bir velosiped keçirsə, yolu daraltmağın nə əhəmiyyəti var?”.

Maraqlıdır, Bakı şəhərində velosiped zolaqları salınarkən hansı əsas meyarlar nəzərə alınır? Eyni zamanda, az istifadə olunan velosiped zolaqlarının yenidən nəzərdən keçirilməsi planlaşdırılır?

Mövzu ilə bağlı Paraqraf.com-a açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) mətbuat katibi Tural Orucov bildirib ki, mikromobillik zolaqları yetərincə istifadə olunur və ümumi yol infrastrukturunun ayrılmaz hissəsidir:

“Statistikaya əsasən, bu tip zolaqlar salındıqca insanların mikromobillik vasitələrinə olan marağı da artır. Çünki insanlar bu zolaqlarda özlərini daha təhlükəsiz hiss edir və mənzil başına zamanında çata biləcəkləri üçün bu tip nəqliyyat vasitələrindən daha çox istifadə etməyə üstünlük verirlər. 

2024-cü illə müqayisədə ümumi istifadə aylar üzrə 80 %-ə yaxın artıb. Bu zolaqlarda mikromobillik vasitələri tıxacda qalmadığından və ümumi yolun çox cüzi bir hissəsini tutduğudan zolaqlar boş görünə bilir.

Belə ki, Bakı şəhərində mikromobillik infrastrukturu qurulmağa başlayandan bugünədək bu nəqliyyat növlərinə 4 milyon 500 min dəfədən çox sifariş olub.

Bu müddətdə mikromobillik vasitələri ilə 13 milyon km məsafə qət edilib. Bu rəqəm yalnız kirayə xidmətindən istifadə edənlərə aiddir və nəzərə alsaq ki, şəxsi velosiped və skuterlərindən istifadə edənlər də var, demək, rəqəmlər daha yüksəkdir”.

O qeyd edib ki, Bakı şəhərində mikromobillik vasitələri üçün infrastrukturunun qurulması istiqamətində işlər davam etdirilir:

“Məqsəd şəhər ərazisində nəqliyyatın çeşidlənməsi, alternativ nəqliyyat növləri üçün infrastrukturun qurularaq insanlara xüsusilə yaxın məsafələrə səfərlər zamanı bu növ nəqliyyat vasitələrindən istifadəyə şərait yaradılmasıdır.

Bir çox yollarda bu zolaqlar salındıqda avtomobillər üçün ayrılmış zolaqların sayı və yolun buraxılıcılıq qabiliyyəti azaldılmır. Mikromobillikdən istifadə istənilən sivil şəhərin seçimidir”.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Araqçı İrandakı iğtişaşlarda ölənlərin sayını açıqladı

Next

Trampa qarşı: Telefonsuz otaqda “qrup terapiyası”

Copyright 2026— Praqraf.com. All rights reserved