22 Sen 2026, Ça

Şəhidlərin xatirəsinə həsr olunmuş XI “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçirilir

PAYLAŞIN:

Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş ənənəvi XI “ARPACHAY OPEN” beynəlxalq karate turniri 30–31 yanvar və 1 fevral 2026-cı il tarixlərində Sərhədçi İdman Mərkəzində keçirilir.

Turnir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Karate Federasiyasının (AKF) rəhbərliyi və Arpaçay İdman Birliyinin təşkilatçılığı ilə təşkil olunub.

Tədbir çərçivəsində Xətai rayonundan olan Qəhrəman Şəhid Vüsal Mərdan oğlu Şahmarlının valideynlərinin təltifetmə mərasimi keçirilib. Mərasimdə iştirak edən rəsmi şəxslər şəhid ailələrinə dərin ehtiramlarını ifadə ediblər. Qeyd olunub ki, Vüsal Şahmarlı kiçik yaşlarından etibarən karate, cüdo və kikboksinq idman növləri ilə peşəkar şəkildə məşğul olmuş, respublika səviyyəli çoxsaylı yarışlarda uğurlar qazanmışdır.

Beynəlxalq turnirdə 12 ölkədən 1300-dən çox idmançı və 11 beynəlxalq dərəcəli hakim iştirak edir. Yarışlar karate idman növünün kata və kumite üzrə uşaqlar, yeniyetmələr, gənclər, böyüklər və veteranlar arasında bütün yaş və çəki kateqoriyalarında keçirilir.

Turnirdə şəhid ailələri və qazilərlə yanaşı, Milli Məclisin deputatları, Gənclər və İdman Nazirliyinin nümayəndələri, Azərbaycan Karate Federasiyasının idarə heyətinin üzvləri, idman federasiyalarının rəhbərləri, tanınmış idmançılar, sponsorlar və ictimai təşkilatların nümayəndələri iştirak edirlər.

Возможно, это изображение боевые искусства и текст

Возможно, это изображение карта и текст

Возможно, это изображение боевые искусства и текст "NAL KARATETO RTYREDFO FOR AZERBAIJAN KARATEFEDERATION ARPACHAY DPEN CHİLDREN, CAD JUNIORANDSE S JUNIOR 2025 TDEDİCATED τC NORABLE MEMORY OF OUR HEROE NCE NCEANDTER AND TER INTEGRİTY OFAZERBAIJAN Janur bruary prinberg ofisait"

Возможно, это изображение боевые искусства и текст "AZE AETON KARATE 1 SPONSOR BasaNur THTERNAT KARATE WKF İLDREN ARPASHAYOPEN AZERBAUANKARATEFEDERATION AZERBAIJAN KARATE FEDERATION CADET. SENIOR ARPACHAY 2025.OPEN OPEN NAMENT ICATED EMORYO RHEROES DEPENO ER 2 RIALNTE OFAZE FORE BAŞ SPONSOR TRAYEL"

Loading