Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Milli Müdafiə Universitetində “Azərbaycan dili milli kimliyimizdir” mövzusunda dəyirmi masa keçirilib – FOTOLAR
CƏMİYYƏTMANŞET

Milli Müdafiə Universitetində “Azərbaycan dili milli kimliyimizdir” mövzusunda dəyirmi masa keçirilib – FOTOLAR

31 Yanvar 2026 2 Min Read
PAYLAŞIN:

Milli Müdafiə Universitetində “Azərbaycan dili milli kimliyimizdir” mövzusunda dəyirmi masa təşkil olunub.

Tədbiri giriş sözü ilə açan Milli Müdafiə Universitetinin rektoru, general-mayor Gündüz Əbdülov Azərbaycan dilinin tarixi, milli kimliyin formalaşmasındakı rolu və Zəfərdən sonra beynəlxalq arenada möhkəmlənən mövqeyi barədə fikirlərini bölüşüb. O, Prezident İlham Əliyevin Azərbaycan dilinin qorunması və saflığının təmin edilməsi ilə bağlı çıxışlarını xatırladaraq, mövzunun həm elmi, həm də ictimai baxımdan böyük əhəmiyyət daşıdığını vurğulayıb. Rektor, Vətən müharibəsindən sonra ölkəmizin beynəlxalq nüfuzunun artmasının Azərbaycan dilinin mövqeyinə də müsbət təsir göstərdiyini qeyd edib, hərbi sahədə milli terminologiyanın düzgün və vahid şəkildə istifadəsinin vacibliyinə diqqət çəkib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov dil siyasəti, ədəbi dil normaları, terminoloji təhlükəsizlik, elmi və bədii mühitdə dil mədəniyyətinin qorunması məsələlərindən bəhs edib. O, Azərbaycan Ordusunda ana dilinin qorunması və hərbi dilin sistemli şəkildə inkişaf etdirilməsinin strateji əhəmiyyət daşıdığını vurğulayıb.

Daha sonra AMEA-nın İmadəddin Nəsimi adına Dilçilik İnstitutunun direktoru Nadir Məmmədov Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı həyata keçirdiyi siyasət kontekstində institut tərəfindən görülən işlər barədə iştirakçılara ətraflı məlumat verib.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, filologiya elmləri doktoru, professor Mahirə Hüseynova isə “Azərbaycan dili türk dilləri ailəsində” mövzusunda çıxış edərək, Azərbaycan dilinin türk dilləri qrupuna mənsubiyyəti, eləcə də bu sahədə aparılan müasir elmi tədqiqatlar haqqında geniş məlumat təqdim edib.

Tədbir çərçivəsində Ulu Öndər Heydər Əliyevin Azərbaycan dili ilə bağlı çıxışlarını və dilimizin tarixi inkişafına dair fikirlərini əks etdirən videoçarxlar nümayiş olunub.

Sonda bu kimi elmi-mədəni tədbirlərin gələcəkdə mütəmadi təşkili, əməkdaşlığın genişləndirilməsi, eləcə də hərbi Azərbaycan dilinin, Azərbaycan Ordusunda istifadə olunan terminologiyanın, əmr və komanda sisteminin daha da təkmilləşdirilməsi istiqamətində qarşılıqlı razılıq əldə olunub.

Возможно, это изображение текст

Возможно, это изображение один или несколько человек и текст

Возможно, это изображение текст

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Şəhidlərin xatirəsinə həsr olunmuş XI “ARPACHAY OPEN” beynəlxalq karate turniri keçirilir

Next

İran rejimi “qabıq” dəyişir: Güney Azərbaycanın qəbul etməyəcəyi “B planı”

Copyright 2026— Praqraf.com. All rights reserved