22 Sen 2026, Ça

Rusiya və Ukrayna bu il ilk dəfə meyit mübadiləsi aparıblar

PAYLAŞIN:

Rusiya və Ukrayna ölən hərbçilərin meyitlərinin mübadiləsini aparıblar.

Paraqraf.com xəbər verir ki, bu barədə Rusiya KİV ölkənin Dövlət Dumasının deputatı Şamsail Saraliyevə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, Rusiya tərəfi 1 000, Ukrayna isə 38 həlak olmuş əsgərin meyitini təhvil verib.

Sonuncu dəfə tərəflər 2025-ci il dekabrın 19-da meyitlərin mübadiləsini həyata keçirmişdi – Rusiya 1 003, Ukrayna isə 26 meyiti təhvil vermişdi.

Paraqraf.com 

Loading