Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Barro: Fransa İrana qarşı sanksiyalarla bağlı qərarları dəstəkləyəcək
DÜNYA

Barro: Fransa İrana qarşı sanksiyalarla bağlı qərarları dəstəkləyəcək

29 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Avropa İttifaqı (Aİ) Şurasının Brüsseldə keçiriləcək iclasında İranda repressiyalara görə məsuliyyət daşıyan şəxslərə, o cümlədən hökumət üzvləri, prokurorlar, polis bölmələrinin rəhbərləri və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) nümayəndələrinə qarşı sanksiyalar qəbul ediləcək.

Paraqraf.com-un məlumatına görə, bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro iclasdan əvvəl bildirib.

“İran xalqının dinc üsyanına qarşı dözülməz repressiyalar cavabsız qala bilməz. İranın cəsur qadın və kişiləri zorakılığın qurbanı olublar. Biz bu gün məhz həmin repressiyalara görə cavabdeh olanlara qarşı Aİ sanksiyalarını qəbul edəcəyik”, – Fransa XİN başçısı jurnalistlərə bildirib.

Barro qeyd edib ki, İranın 20-dən çox fiziki şəxs və təşkilatının aktivləri dondurulacaq, həmçinin onların Avropa İttifaqı ərazisinə girişi qadağan ediləcək.

“Yəqin ki, daha da irəli getmək lazım gələcək və məhz buna görə Fransa dünən SEPAH-ın Avropa İttifaqının terror təşkilatları siyahısına daxil edilməsini dəstəkləyəcəyini elan edib”, – o bildirib.

Nazir əlavə edib ki, törədilmiş cinayətlər cəzasız qalmamalıdır.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rusiya və Ukrayna bu il ilk dəfə meyit mübadiləsi aparıblar

Next

Cənubi Koreyanın ticarət naziri Vaşinqtona gedib

Copyright 2026— Praqraf.com. All rights reserved