21 Sen 2026, Be

“Barselona” futbolçusuna yeni müqavilə təklif etməyə hazırlaşır

PAYLAŞIN:

“Barselona” klubu futbolçusu Fermin Lopesə yeni müqavilə təklif etməyə hazırlaşır.

Paraqraf.com “Mundo Deportivo”ya istinadən xəbər verir ki, Kataloniya təmsilçisi 22 yaşlı yarımmüdafiəçinin sözləşməsinin müddətini 2031-ci ilin yayınadək uzatmaq niyyətindədir.

Onun hazırkı müqaviləsinin müddəti 2029-cu ildə başa çatır. Klub oyunçunun maaşının artırılmasına da razıdır.

Qeyd edək ki, Fermin Lopes cari mövsüm 24 oyunda 10 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.

Paraqraf.com 

Loading