21 Sen 2026, Be

AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb

PAYLAŞIN:

AFFA iki klubu texniki məğlubiyyətlə cəzalandırıb.

Paraqraf.com xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Region Liqasında yanvarın 18-nə təyin olunan “Hacıqabul”“Bakı TFK” matçı qonaqların gəlməməsi səbəbindən baş tutmayıb. Nəticədə “Bakı TFK” komandasına 0:3 hesablı texniki məğlubiyyət verilib.

Eyni tarixdə Yüksək Qızlar Liqasında keçirilməli olan “Zaqatala QFK” “Baku Juniors” qarşılaşmasında da oxşar hal yaşanıb. “Baku Juniors” kollektivi təyin olunan vaxtda meydanda olmadığı üçün 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Paraqraf.com 

Loading