21 Sen 2026, Be

“Valensiya” ispaniyalı müdafiəçinin keçidini rəsmiləşdirib

PAYLAŞIN:

İspaniyanın “Valensiya” klubu La Liqanın digər təmsilçisi “Selta”nın müdafiəçisi Unay Nunyesin keçidini rəsmiləşdirib.

Paraqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 28 yaşlı ispaniyalı futbolçunun 2026-cı ilin yayına qədər icarəsi ilə bağlı razılığa gəliblər.

Qeyd edək ki, U.Nunyes 2025/2026 mövsümünün ilk yarısını icarə əsasında İtaliyanın “Verona” komandasında keçirib. O, İtaliya təmsilçisinin heyətində bütün turnirlərdə 18 matça çıxıb. Müdafiəçi İspaniya millisinin heyətində 1 oyun keçirib.

Paraqraf.com 

Loading