21 Sen 2026, Be

Azərbaycanlı FIFA referisinə Avropa çempionatının final mərhələsində növbəti təyinat verilib

PAYLAŞIN:

Azərbaycanlı FIFA referisi Hikmət Qafarlı Avropa çempionatının final mərhələsi çərçivəsində növbəti təyinatını alıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Həmyerlimiz B qrupunda keçiriləcək Ukrayna – Litva qarşılaşmasının birinci hakimi olacaq. Ona İngiltərədən Peter Nurs və İtaliyadan Çiara Perona kömək edəcəklər. Görüş yanvarın 25-də, saat 19:00-da Kaunasdakı 17 500 azarkeş tutumuna malik “Jalgiris Arena”da baş tutacaq.

Qeyd edək ki, H.Qafarlının ilk təyinatı yanvarın 22-də həmin arenada keçirilmiş Ermənistan – Ukrayna görüşünə olmuşdu. Həmin matçda timekeeper funksiyasını yerinə yetirən referi bu dəfə final mərhələsində ilk dəfə meydanda əsas hakim kimi debüt edəcək.

Paraqraf.com 

Loading