Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İDMAN/“Qarabağ” “Ayntraxt”la matça təyinat alan isveçrəli hakimin idarə etdiyi iki oyunda uduzub
İDMAN

“Qarabağ” “Ayntraxt”la matça təyinat alan isveçrəli hakimin idarə etdiyi iki oyunda uduzub

19 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

“Qarabağ” klubu isveçrəli FIFA referisi Sandro Şererin idarə etdiyi iki avrokubok matçında məğlub olub.

Paraqraf.com-un məlumatına görə, UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunda Almaniyanın “Ayntraxt” (Frankfurt) komandası ilə oyuna təyinat alan hakim dördüncü dəfə “köhlən atlar”ın qarşılaşmasında iş başında olacaq.

37 yaşlı ədalət təmsilçisi ilk dəfə 2018-ci ildə Azərbaycan çempionunun UEFA Avropa Liqasının qrup mərhələsindəki qalibiyyətinə şahidlik edib. Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv həmin vaxt Ukraynada “Vorskla”ya qalib gəlib – 1:0.

Sandro Şerer 2019-cu ildə eyni turnirin pley-off mərhələsində “Qarabağ”ın Şimali İrlandiyada “Linfild”ə yenildiyi görüşü (2:3) idarə edib. Bakıdakı oyunda 2:1 üstün olan “köhlən atlar” səfər qolu sayəsində qrup mərhələsinə vəsiqə qazanmışdı.

Son olaraq isveçrəli hakim Ağdam klubunun Türkiyənin “Sivasspor” komandasına 2020-ci ildə məğlub olduğu (0:2) UEFA Avropa Liqasının qrup mərhələsinin oyununda söz sahibi olub.

Bundan əlavə, S.Şerer AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan millisinin Bakıda Xorvatiya yığması ilə bərabərə qaldığı (1:1) qarşılaşmaya da təyinat almışdı.

Xatırladaq ki, “Qarabağ” – “Ayntraxt” matçı yanvarın 21-də, saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Barselona” tarixində ikinci ən uzun qələbə seriyası başa çatıb

Next

Leyla Əliyeva Əddis-Əbəbədə Adva Zəfər Muzey Kompleksində olub

Copyright 2026— Praqraf.com. All rights reserved