20 Sen 2026, Bz

“Barselona” tarixində ikinci ən uzun qələbə seriyası başa çatıb

PAYLAŞIN:

İspaniyanın “Barselona” futbol komandasının ikinci ən uzun qələbə seriyası başa çatıb.

Paraqraf.com-un məlumatına görə, bu, La Liqanın XX turunda Kataloniya təmsilçisinin “Real Sosyedad”a uduzması (1:2) ilə gerçəkləşib.

Hans-Diter Flikin baş məşqçisi olduğu kollektiv əvvəlki 11 oyunda qalib gəlmişdi. Bu isə klub tarixində ikinci ən uzun qələbə seriyası idi.

“Barselona”nın rekordu 2005/2006 mövsümündə qeydə alınıb. Son ölkə çempionu həmin vaxt 18 görüşdə (13 La Liqa, 3 Çempionlar Liqası, 2 İspaniya Kuboku) qalib gəlib.

Paraqraf.com 

Loading