Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Vyanada “İpək Yolunda Türk Dünyası” foto-sərgisi ilə Türk Həftəsi başlayıb
SİYASƏT

Vyanada “İpək Yolunda Türk Dünyası” foto-sərgisi ilə Türk Həftəsi başlayıb

13 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

BMT-nin Vyana ofisində “İpək Yolunda Türk Dünyası” adlı foto-sərginin açılış mərasimi keçirilib.

Bu barədə Paraqraf.com Türk Dövlətləri Təşkilatının (TDT) mətbuat xidmətinə istinadən məlumat verir.

Açılış mərasimində tədbirin ev sahibi qismində BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Ofisinin (UNODC) sədr müavini və əməliyyatlar direktoru Bo Mathiasen, TDT-nin Baş katibi, səfir Kubanıçbek Ömüraliyev, TDT-də dövr sədrliyini təmsil edən Azərbaycanın xarici işlər nazirinin müavini Samir Şərifov, BMT-nin Sənaye İnkişafı Təşkilatının (UNIDO) Baş direktor müavini Fatou Haidara və bu təşkilatın Kosmos İşləri üzrə Ofisinin (UNOOSA) direktor müavini Driss El Hadani çıxış ediblər.

K.Ömüraliyev çıxışında İpək yolunun Avrasiya məkanında mədəniyyətləri, iqtisadiyyatları və cəmiyyətləri bir-birinə bağlayan ortaq tarixi və sivilizasiya məkanı olduğunu vurğulayıb. O, TDT-nin hazırda nəqliyyat, ticarətin asanlaşdırılması və xalqlar arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi sahələrində həyata keçirdiyi təşəbbüslərin tarixi irsin müasir davamı xarakteri daşıdığını qeyd edib.

TDT-nin Katibliyi və Türk Akademiyası tərəfindən birgə təşkil olunan sərgi İpək yolu marşrutları boyunca Türk Dünyasının mədəni irsini, tarixi dərinliyini və coğrafi davamlılığını vizual təqdimat vasitəsilə nümayiş etdirir.

Açılış mərasimindən sonra Azərbaycan səfirliyi tərəfindən rəsmi qəbul təşkil olunub.

Qeyd edək ki, yanvarın 15-dək davam edən “Türk həftəsi” çərçivəsində “İpək Yolundan Orta Dəhlizə” yüksək səviyyəli dəyirmi masa, Avropadakı türk diaspor təşkilatlarının nümayəndələrini bir araya gətirən Diaspor Potensialının Artırılması Təlim Proqramı, Türk Dünyasının mədəni zənginliyini və bədii müxtəlifliyini əks etdirən görkəmli türk sənətçilərinin iştirakı ilə konsert də keçiriləcək.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan və İordaniya mülki aviasiya sahəsində əməkdaşlığı müzakirə edib

Next

Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

Copyright 2026— Praqraf.com. All rights reserved