Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SİYASƏT/Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək
SİYASƏT

Aşqabadda Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının iclası keçiriləcək

13 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Bu il Aşqabadda Türkmənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti – 9-cu iclası keçiriləcək.

Paraqraf.com-un Türkmənistan Xarici İşlər Nazirliyinə (XİN) istinadən verdiyi məlumata görə, bu, ölkənin XİN başçısı Rəşid Meredovun Azərbaycanın Aşqabaddakı səfiri Qismət Gözəlovla görüşü zamanı məlum olub.

Tərəflər Türkmənistan-Azərbaycan əlaqələrinin siyasi-diplomatik, ticari-iqtisadi və mədəni-humanitar sahələrdəki aktual istiqamətlərini müzakirə ediblər. Ən ali və yüksək səviyyəli səfərlərin, habelə iki ölkənin liderləri və nümayəndələrinin görüşlərinin təşkili məsələlərinə xüsusi diqqət yetirilib.

“Diplomatlar cari il üçün planlaşdırılan tədbirləri, o cümlədən Aşqabadda keçirilməsi nəzərdə tutulan Türkmənistan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti iclasına hazırlıqları müzakirə ediblər”, – məlumatda bildirilib.

Mədəni-humanitar əlaqələrin inkişafına xüsusi diqqət yetirilib. Bu il Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.

Tərəflər, həmçinin atçılıq sənəti və atçılıq idmanı sahəsində əməkdaşlıq perspektivlərini nəzərdən keçiriblər.

Xatırladaq ki, Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyasının 8-ci iclası 2025-ci il iyulun 28-də Bakıda keçirilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vyanada “İpək Yolunda Türk Dünyası” foto-sərgisi ilə Türk Həftəsi başlayıb

Next

Azərbaycan-Latviya Hökumətlərarası Komissiyasının tərkibində dəyişiklik edilib

Copyright 2026— Praqraf.com. All rights reserved