19 Sen 2026, Şb

“Nant” Almaniya klubunun yarımmüdafiəçisinin transferini rəsmiləşdirib

PAYLAŞIN:

Fransanın “Nant” klubu “Bohum”un (Almaniya) yarımmüdafiəçisi İbraima Sissokonun transferini rəsmiləşdirib.

Paraqraf.com xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Keçidin maliyyə dəyəri 2 milyon avro təşkil edib. 28 yaşlı malili futbolçunun Fransa klubu ilə müqaviləsinin müddəti 2028-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

Qeyd edək ki, yarımmüdafiəçinin “Bohum”la müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər idi.

Paraqraf.com

Loading