19 Sen 2026, Şb

Almaniyalı hücumçu karyerasını ABŞ-də davam etdirəcək

PAYLAŞIN:

Almaniyanın “Leyptsiq” klubunun futbolçusu Timo Verner karyerasını ABŞ-də davam etdirəcək.

Paraqraf.com xəbər verir ki, bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.

Onun sözlərinə görə, 29 yaşlı hücumçu MLS təmsilçisi “San-Xose Ertkveyks”lə anlaşıb.

Qeyd edək ki, Timo Vernerin Bundesliqa klubu ilə 2026-cı ilin yayınadək müqaviləsi var.

Paraqraf.com 

Loading