19 Sen 2026, Şb

Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb

PAYLAŞIN:

Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb.

Bu barədə Paraqraf.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1 kiloqramdan artıq heroin, 25,9 kiloqrama yaxın marixuana, 1,4 kiloqramdan artıq psixotrop maddə metamfetamin, 2,2 kiloqramdan artıq həşiş və yarım kiloqrama yaxın tiryək olub.

Paraqraf.com

Loading