Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/BŞİH: Bakının bir neçə rayonunda piyada səkilərinə qarşı qanunsuz müdaxilənin qarşısı alınıb
HADİSƏ

BŞİH: Bakının bir neçə rayonunda piyada səkilərinə qarşı qanunsuz müdaxilənin qarşısı alınıb

10 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Bakının Nəsimi və Xəzər rayonunda piyada səkilərinə qarşı qanunsuz müdaxilənin qarşısı alınıb.

Bu barədə Paraqraf.com-a Bakı Şəhər İcra Hakimiyyətindən (BŞİH) məlumat verilib.

Belə ki, Nəsimi rayonu ərazisində, Həsən Əliyev və Cəlil Məmmədquluzadə küçələrinin kəsişməsində inşa olunan yaşayış binasının ətrafında tikinti şirkəti tərəfindən piyada səkisinin qanunsuz şəkildə ləğvinə cəhd edilib və bu da piyadaların hərəkətində ciddi çətinliklər yaradıb.

Digər belə hal isə Xəzər rayonu, Binə qəsəbəsi Əli İsazadə küçəsində qeydə alınıb. Belə ki, burada piyada səkisini ləğv edərək parking ərazisinə giriş təşkil etməyə cəhd göstərilib.

Qeyd edilib ki, Prezident İlham Əliyevin müvafiq tapşırıqlarına uyğun olaraq paytaxt Bakı şəhərində piyada yönümlü şəhər mühitinin formalaşdırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilir. Bu çərçivədə piyadaların təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi, ictimai məkanların daha əlçatan olması əsas prioritetlərdən biri kimi müəyyən olunub.

BŞİH-dən bildirilib ki, bəzi hallarda ayrı-ayrı şəxslər tərəfindən piyada infrastrukturu ilə bağlı qanun pozuntularına yol verildiyi müşahidə olunur. Belə ki, piyada səkilərinin zəbt edilməsi və ya tamamilə ləğv olunması cəhdləri müşahidə edilir. Bununla əlaqədar Baki Şəhər İcra Hakimiyyəti tərəfindən mütamadi olaraq monitorinqlər keçirilir və belə halların qarşısı dərhal alınır.

Məsələ ilə bağlı BŞİH tərəfindən operativ tədbirlər görülüb. Qanunsuz müdaxilələr aradan qaldırılıb, piyada səkiləri bərpa edilərək əvvəlki vəziyyətinə qaytarılıb. Bununla da ərazidə piyadaların təhlükəsiz hərəkəti yenidən təmin olunub.

“Qeyd edək ki, son illər Bakıda piyadalaşma siyasəti geniş miqyas alıb. Şəhərin müxtəlif ərazilərində piyada zonalarının artırılması, səkilərin genişləndirilməsi və ictimai məkanların yenidən təşkili istiqamətində işlər davam etdirilir. Baki Şəhər İcra Hakimiyyəti tərəfindən gələcəkdə də monitorinqlər keçirilərək bu kimi negativ hallara qarşı tədbirlərin görüləcəyi bildirilir”, – deyə BŞİH qeyd edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ötən gün axtarışda olan 84 nəfər saxlanılıb

Next

Ötən gün polis əməkdaşları tərəfindən 31 kq narkotik vasitə aşkarlanıb

Copyright 2026— Praqraf.com. All rights reserved