19 Sen 2026, Şb

Tunis millisi baş məşqçisi ilə yollarını ayırıb

PAYLAŞIN:

Tunis millisinin baş məşqçisi Sami Trabelsi istefaya göndərilib.

Paraqraf.com xəbər verir ki, bu barədə Tunis Futbol Federasiyası məlumat yayıb.

Bu, yığmanın Afrika Millətlər Kubokunun 1/8 finalında Maliyə məğlub olmasından sonra gerçəkləşib. 57 yaşlı mütəxəssislə birlikdə köməkçiləri də komandanı tərk edib.

Qeyd edək ki, Tunis seçməsi əsas vaxtı 1:1 hesabı ilə bitən qarşılaşmanın penaltilər seriyasında (2:3) Maliyə uduzub. Sami Trabelsi 2025-ci ilin fevralında komandanın baş məşqçisi təyin olunmuşdu.
Paraqraf.com

Loading