19 Sen 2026, Şb

Novak Cokoviç təsis etdiyi assosiasiyadan istefa verib

PAYLAŞIN:

Novak Cokoviç təsis etdiyi Peşəkar Tennis Oyunçuları Assosiasiyasından (PTPA) istefa verib.

Paraqraf.com  xəbər verir ki, serbiyalı tennisçi qurumdan sosial şəbəkələr vasitəsilə ayrıldığını açıqlayıb.

Məşhur tennisçi onun yanaşması ilə təşkilatın istiqamətlərinin uyğun gəlmədiyini vurğulayıb.

Qeyd edək ki, N.Cokoviç PTPA-nın əsasını 2019-cu ildə kanadalı Vaşek Pospişil ilə birlikdə qoymuşdu.
Paraqraf.com

Loading