22 Sen 2026, Ça

İsrail Livanın cənubunda “Hizbullah”ın 70-dən çox obyektinə zərbələr endirib

PAYLAŞIN:

İsrail son sutka ərzində Livanın cənubunda “Hizbullah” hərəkatının 70-dən çox obyektinə zərbələr endirib.

Paraqraf.com xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun (IDF) məlumatında deyilir.

Zərbələrin hədəfi qruplaşmanın hücumların hazırlanmasında istifadə etdiyi raket qurğuları və tikililər olub.

Bundan başqa, “Hizbullah”ın bir neçə döyüşçüsünün öldürüldüyü bildirilir.

 

Paraqraf.com 

Loading