Evrika Liseyində Vətən sevgisinin, qəhrəmanlığın, şəhidlərimizin əziz xatirəsinin və 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfərin təbliğinə həsr olunan “Bir Ölər, Min Dirilərik!” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərdə vətənpərvərlik ruhunun gücləndirilməsi, milli-mənəvi dəyərlərin aşılanması və qəhrəmanlıq tariximizin gələcək nəsillərə çatdırılması olub.
Tədbirin rəsmi hissəsində Evrika Liseyinin direktoru Ofeliya Muradova və Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri Əmrah Həsənli çıxış ediblər. Çıxışlarda Vətənə bağlılığın, milli birliyin, şəhidlərimizin əziz xatirəsinin yaşadılmasının və gənc nəslin vətənpərvərlik ruhunda yetişdirilməsinin əhəmiyyəti vurğulanıb.
Proqram çərçivəsində liseyin şagirdləri tərəfindən hazırlanmış maraqlı səhnəcik nümayiş etdirilib. Vətən müharibəsinin qəhrəmanlıq salnaməsini və Zəfər ruhunu əks etdirən bədii təqdimat iştirakçılar tərəfindən maraqla qarşılanıb.
Tədbirdə iştirak edən qazilər də çıxış edərək döyüş xatirələrini, Vətən uğrunda mübarizədə yaşadıqları təcrübələri gənclərlə bölüşüblər. Qazilərin çıxışları şagirdlər üçün həm mənəvi, həm də maarifləndirici əhəmiyyət daşıyıb.
Qeyd edək ki, bu kimi tədbirlər gənc nəslin milli kimlik şüurunun formalaşması, tarixi yaddaşın qorunması və şəhidlərimizin müqəddəs əmanətinə sahib çıxan vətəndaşların yetişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Paraqraf.com
![]()

