22 Sen 2026, Ça

Hindistana məxsus təyyarənin qəzaya uğraması nəticəsində beş nəfər ölüb

PAYLAŞIN:

Hindistan Hərbi Hava Qüvvələrinin (HHQ) “An-32” təyyarəsi “Corhat” aviabazasına eniş edərkən qəzaya uğrayıb.

Paraqraf.com-un məlumatına görə, bu barədə “The Times of India” nəşri Hindistan Müdafiə Nazirliyinə istinadən xəbər verir.

“Hindistan HHQ-nin “An-32” təyyarəsi “Corhat” aviabazasına eniş edərkən qəzaya uğrayıb. Hazırda dəyən ziyanın miqyası qiymətləndirilir”, – qurumun nümayəndəsi bildirib.

Hindistan HHQ-nin məlumatına görə, qəza nəticəsində baş verən yanğının söndürülməsinə başlanılıb. Qəzanın səbəblərini araşdırmaq üçün xüsusi komissiya yaradılıb.

Qəza nəticəsində Hindistan HHQ-nin beş hərbçisi həlak olub.

 

Paraqraf.com 

Loading