İranın ali rəhbəri Müctəba Xameneyi Rusiya Prezidenti Vladimir Putindən S-400 zenit-raket komplekslərinin Tehrana verilməsini istəyib.
Paraqraf.com xəbər verir ki, bu barədə Britaniyanın “The Telegraph” nəşri məlumat yayıb.
Məlumata görə, Xameneyinin məktubu noyabrın 5-də Moskvaya səfər edən İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi tərəfindən şəxsən Putinə təqdim olunub.
Tehran ABŞ və İsrailin dağıdıcı hərbi zərbələrindən sonra ciddi zərər görmüş hava hücumundan müdafiə sistemini bərpa etməyə çalışır. İran rəhbərliyi bu məqsədlə Rusiyadan S-400 komplekslərinin alınmasına xüsusi əhəmiyyət verir.
Nəşrin məlumatına əsasən, İran tərəfi Moskvanın uzun müddətdir müzakirə olunan S-400 tədarükünə nəhayət razılıq verəcəyinə ümid edir.
Paraqraf.com
![]()

