21 Okt 2026, Ç

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsi başlayır

PAYLAŞIN:

Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında pley-off mərhələsinə bu gün start veriləcək.

Paraqraf.com-un məlumatına görə, ilk oyun günündə 1/4 finalın iki qarşılaşması baş tutacaq.

Saat 15:00-da “Murov Az Terminal” “Turan”la, 17:00-da “Azərreyl” “DH Volley”lə münasibətlərə aydınlıq gətirəcək. Hər iki görüş Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində baş tutacaq.

Bu raundun digər ilk oyunları martın 28-də reallaşacaq. Cavab matçları 2-3 apreldə keçiriləcək.

 

Paraqraf.com 

Loading