19 Okt 2026, Be

Azərbaycanın minifutbol üzrə U-23 millisi BƏƏ-ni məğlub edib

PAYLAŞIN:

Azərbaycanın minifutbol üzrə U-23 millisi Xorvatiyada keçirilən dünya çempionatında Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) seçməsini məğlub edib.

Paraqraf.com xəbər verir ki, yığma Mali Loşin şəhərində baş tutan görüşdə 4:2 hesablı qələbə qazanıb.

Millinin heyətində Mirmövsüm Canıyev (2), Cavid Rəhimov (16), Fərid Abbasov (18) və Kənan Məsimov (37) fərqləniblər.

Qeyd edək ki, komanda ötən gün keçirdiyi görüşlərdə Rumıniyan ilə heç-heçə (3:3) edib, Çexiyanı isə üstələyib – 4:2.

Milli növbəti matçını sabah Slovakiya komandasına qarşı keçirəcək.

 

Paraqraf.com 

Loading