19 Okt 2026, Be

“Neftçi” FIBA Avropa Kubokunda növbəti oyununu keçirəcək

PAYLAŞIN:

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçına çıxacaq.

Paraqraf.com xəbər verir ki, H qrupunda yer alan Bakı təmsilçisi II turda Latviyanın VEF kollektivini qəbul edəcək.

Qarşılaşma “Sərhədçi” İdman Mərkəzində, saat 19:00-da start götürəcək.

Qeyd edək ki, “Neftçi” ilk görüşdə Yunanıstan təmsilçisi “Mikonos”a məğlub olub – 58:78.

 

Paraqraf.com 

Loading