21 Okt 2026, Ç

Azərbaycanın U-21 millisi bu gün Bakıda Portuqaliya yığması ilə üz-üzə gələcək

PAYLAŞIN:

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa bu gün çıxacaq.

Paraqraf.com-un məlumatına görə, Rəşad Eyyubovun baş məşqçisi olduğu kollektiv Bakıda Portuqaliya komandasını qəbul edəcək.

Qarşılaşma “Palms Sports Arena”da, saat 15:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycanın U-21 millisi B qrupunda altı komanda arasında 5 xalla beşinci pillədə qərarlaşıb. Portuqaliya 13 xalla liderdir.

 

Paraqraf.com 

Loading