21 Okt 2026, Ç

Azərbaycan boksçuları Debretsendəki beynəlxalq turnirdə 4 medal qazanıblar

PAYLAŞIN:

Azərbaycan boksçuları Macarıstanın Debretsen şəhərində keçirilən beynəlxalq turnirdə 4 medal qazanıblar.

Paraqraf.com xəbər verir ki, 19 ölkənin qatıldığı yarışda Azərbaycan millisinin üzvləri 2 gümüş və 2 bürünc medal əldə ediblər.

Amin Məmmədzadə (55 kq) ilə Həsən Osmanlı (80 kq) ikinci yeri tutublar. Nəbi İsgəndərov (70 kq) və Zeynəb Rəhimova (54 kq) isə turniri bürünc medalla başa vurublar.

 

Paraqraf.com 

Loading