21 Okt 2026, Ç

AFFA nümayəndələri UEFA-nın Konfransında iştirak ediblər

PAYLAŞIN:

AFFA nümayəndələri Avstriyanın paytaxtı Vyanada keçirilən III “UEFA Grow” Konfransında iştirak ediblər.

Bu barədə Paraqraf.com-a qurumun mətbuat xidmətindən bildirilib.

Tədbir milli assosiasiyaların kommunikasiya və marketinq rəhbərlərini bir araya gətirərək futbol kommunikasiyalarını, marketinq və kommersiya strategiyasını formalaşdıran əsas tendensiyaların müzakirəsinə həsr olunub.

Konfransda AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov və Kommersiya meneceri Kamran Kərimbəyov iştirak ediblər.

 

Paraqraf.com 

Loading