Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib
DÜNYA

Tramp İrana Hörmüz boğazını açmaq üçün 48 saat vaxt verib

22 Mart 2026 1 Min Read
PAYLAŞIN:

Birləşmiş Ştatlar Prezidenti Donald Tramp 48 saat ərzində Hörmüz boğazı gəmilərin sərbəst keçidi üçün tam açılmayacağı təqdirdə, İranın elektrik stansiyalarına zərbələr endirməyə hazır olduğunu bəyan edib.

Paraqraf.com xəbər verir ki, müvafiq paylaşım Amerika liderinin “Truth Social” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

“Əgər İran indidən etibarən 48 saat ərzində Hörmüz boğazını tam şəkildə, heç bir təhlükə olmadan açmazsa, ABŞ zərbə endirəcək və ən böyüyündən başlayaraq onların çoxsaylı elektrik stansiyalarını məhv edəcək!” – məlumatda bildirilib.

İranın “Xatəm əl-Ənbiya” Mərkəzi Qərargahının rəsmi nümayəndəsi martın 11-də bildirib ki, Tehran Hörmüz boğazı vasitəsilə ABŞ və onun müttəfiqləri ilə əlaqəli hər hansı yanacaq yüklərinin daşınmasına imkan verməyəcək. Bu strateji əhəmiyyətli su yolu vasitəsilə bütün dünya üzrə neft ixracının təxminən beşdə biri həyata keçirilir. Martın 15-də İran tərəfi xəbərdarlıq edib ki, düşməni geri çəkilməyə məcbur etmək üçün bütün mövcud vasitələrdən, o cümlədən Hörmüz boğazında gəmiçiliyə nəzarətdən istifadə etməyə hazırdır.

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən hərbi bazalarına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

 

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan nümayəndə heyəti II İliyanın dəfn mərasimində iştirak etmək üçün Tbilisiyə gəlib

Next

İran Trampın Hörmüz boğazının açılması ilə bağlı ultimatumuna cavab verib

Copyright 2026— Praqraf.com. All rights reserved