İran Silahlı Qüvvələri Vaşinqton İslam Respublikasının elektrik stansiyalarına hücum etmək qərarına gələcəyi təqdirdə, Birləşmiş Ştatların Yaxın Şərq regionundakı enerji və informasiya infrastrukturu obyektlərinə cavab zərbələri endirməyə hazır olduqlarını bəyan edib.
Paraqraf.com İranın Dövlət Televiziyasına (IRIB) istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargahının bəyanatında deyilir.
“Bir daha bəyan edirik: düşmən İranın enerji infrastrukturu obyektlərinə hücum edəcəyi təqdirdə, biz Yaxın Şərq ərazisində Amerika Birləşmiş Ştatlarına məxsus olan bütün enerji və informasiya obyektlərinə, eləcə də texnoloji mərkəzlərə və su təmizləyici qurğulara zərbələr endirəcəyik”, – hərbi komandanlığın nümayəndələri vurğulayıblar.
Xəbərdarlıq Amerika Prezidenti Donald Trampın 48 saat ərzində Hörmüz boğazı gəmiçilik üçün tam açılmayacağı təqdirdə, İranın bəzi elektrik stansiyalarını məhv etmək təhdidləri fonunda səslənib.
Paraqraf.com
![]()
