Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Türkiyə bazarına çıxmaq istəyirik” – Fəxriyyə Xələfova: Marketinq olmadan ixrac mümkün deyil
CƏMİYYƏTMANŞET

“Türkiyə bazarına çıxmaq istəyirik” – Fəxriyyə Xələfova: Marketinq olmadan ixrac mümkün deyil

25 Fevral 2026 2 Min Read
PAYLAŞIN:

“Türkiyə-Azərbaycan arasında ticarət heyəti gələndə, ikitərəfli görüşlər olanda bu forumlara maraq göstərirəm. Ona görə ki, moda-tekstil sektorunu təmsil edirəm. Uzun illərdir ki, ətirlər istehsal edirəm. Bu işdə həm təcrübəm var, həm də öz fəaliyyətimi genişləndirmək üçün ilk növbədə məhsullarımızı Türkiyə bazarına çıxarmaq, daha sonra isə digər bazarlara çıxarmaq üçün belə ikitərəfli görüşlər çox faydalı olur”.

Bu sözləri “Paraqraf.com”a modelyer-dizayner, ətir brendi təsisçisi Fəxriyyə Xələfova deyib.

Onun sözlərinə görə, ölkəmizə təşrif buyuran iş adamlarının bu istiqamətlərdə həm təcrübəsi var, həm də həmin şirkətlərin bir neçəsi ixracat yönümlü fəaliyyət göstərir:

“Biz gələcəkdə birlikdə layihələr həyata keçirə bilərik. Çünki bu işdə təcrübə çox vacibdir. Bu forumda təmsil olunan şirkətlərin beynəlxalq təcrübəsi var. Biznesdə vacib olan əsas amillərdən biri marketinqdir. Məsələn, ətir istehsalında ilk növbədə onun gözəl qoxusu olmalıdır. İkincisi isə qablaşdırması və adı cəlbedici olmalıdır. Onun bazara çıxması artıq marketinq işidir. Türkiyə şirkətlərinin təcrübəsi mənim üçün çox vacibdir. Onlar uzun illərdir ixracatla məşğuldur. Bizim hədəfimiz odur ki, istehsal etdiyimiz malları Türkiyə bazarına ixrac edə bilək”.

Fəxriyyə Xələfova qeyd edib ki, bazarda istifadə etdiyimiz malların çoxu xarici ölkələrdən gətirilir:

“Sanki bizdə belə bir fikir formalaşıb ki, biz özümüz heç nə istehsal edə bilmərik. Halbuki mən bunu öz nümunəmdə göstərə bildim. Mən ətirlərimi hələlik ancaq daxili bazarda sata bilirəm. Xarici bazarlara çıxarmaq üçün mənə marketinq strategiyaları lazımdır. Bunun üçün də peşəkar marketoloqlar lazımdır. Türkiyədə isə belə marketoloqlar var”.

O əlavə edib ki, bazarın böyük və ya kiçik olmasının fərqi yoxdur, əsas məsələ istehsal olunan məhsulun keyfiyyətidir:

“Bazarın tələblərinə və dəbə uyğun olmalıdır. Dəb sadəcə geyim deyil. Dəb anlayışı bir çox istiqamətlərdə özünü göstərir. Bu gün interyerlər tamamilə fərqli dizayn olunur. Bu forumların faydası ondadır ki, Türkiyə-Azərbaycan iş adamları arasında görüşlər və fikir mübadiləsi aparılır. Nəticədə isə hansısa layihəni birlikdə icra etmək mümkün olur”.

Həsən Məmmədov
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xocalı soyqırımı – zaman keçsə də unudulmayan ağrı

Next

“Türkiyə-Azərbaycan ticarət nümayəndə heyəti və “B2B” görüşləri” tədbiri keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved